Çox böyük ehtimalla,İraqın keçmiş baş naziri Nuri Maliki yenidən Bagdaddakı hökumətin rəhbəri olacaq
26-01-2026, 10:24

Çox böyük ehtimalla,İraqın keçmiş baş naziri Nuri Maliki yenidən Bagdaddakı hökumətin rəhbəri olacaq.Maraqlıdır ki,İraq parlamentindəki kürd fraksiyası və İrana yaxın partiyalar da Malikinin namizədliyini dəstəkləyiblər.Onu deyək ki,Maliki məzhəbçi siyasi profili(şiəlik)təmsil edir və İranın İraqdakı ən sadiq adamlarından biridir.
Üstəlik,Maliki Suriyada son vaxtlar baş verən hadisələrdə ABŞ-nin Türkiyə və İsraillə birlikdə hərəkət etdiyini iddia edir.
Digər bir maraqlı məqam da budur ki,1983-cü ilin oktyabrın 23-də Beyrutda ABŞ hərbi bazasına qarşı törədilmiş və 241 amerikalı əsgərin ölümüylə nəticələnmiş terror hücumunda Malikin əli oldugu haqqında CİA(MKİ)-nin iddiaları vardı.Buna rəgmən,amerikalılar Nuri Malikinin İraqın baş naziri olmasına problem yaratmadı.Amerikalılar düşünürdülər ki,Maliki İraqdakı şiə qruplarını ətrafında konsolidasiya edib həm keçmiş prezident Səddam Hüseynin tərəfdarlarına,həm də İŞID qruplaşımasına qarşl mübarizə aparacaq.Göründüyü kimi,İŞİD təhlükəsi ABŞ və İranın Nuri Maliki məsələsində taktiku razılaşmaya məcbur eə bilmişdi.
Mümkündür ki,İŞİD bu dəfə İraqda yenidən fəallaşsın.Hər halda,İranla haqq-hesab çəkməyi qarşısına məqsəd qoymuş Donald Tramp adminstrasiyası İraq və İrana daxildən təzyiq elementlərini işə salacaq.Amerikalılar bilir ki,İranın İraqda nüfuzu,gücü(şiələr üzərində)xeyli güclüdür.Yəni,İranın "Şiə ayparası"konsepsiyasında İraqın yeri kritikdir.Görünür,ABŞ İranı zəiflətmək(rejimi son verməsə də,ən azından onun gücünü minimallaşdırmaq)üçün bu ölkəni daxildən narahat etmək istəyir.
Bu səbəbdəndir ki,İran fürsətdən yararlanıb ABŞ-yə küsən kürdləri də Nuri Malikinin ətrafında birləşdirmək əzmindədir.
Kamal Aliyev
TEREF

