The New York Times: ABŞ-ın İrana zərbəsi qaçılmazdır, yeganə müzakirə predmeti isə zərbələrin miqyasıdır

28-01-2026, 08:34           
The New York Times: ABŞ-ın İrana zərbəsi qaçılmazdır, yeganə müzakirə predmeti isə zərbələrin miqyasıdır
ABŞ İran daxilində etirazların yatırılmasında və nümayişçilərin öldürülməsində iştirak etmiş iranlı məmurlar və hərbi şəxslərə qarşı "nöqtəli zərbələr" endirmə imkanını nəzərdən keçirir.
Zərbələr artıq yaxın vaxtlarda həyata keçirilə bilər. Tramp administrasiyasında İran hakimiyyətinin dəyişdirilməsi ssenarisi hələ də istisna edilmir.
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib, aviadaşıyıcı zərbə qrupunu, Patriot və THAAD hava hücumundan müdafiə sistemlərini bölgəyə yerləşdirib, həmçinin raket tədarükünü kəskin artırıb.
ABŞ kəşfiyyatı Donald Trampa bildirib ki, İran kritik vəziyyətə yaxın mərhələdədir və Tehrandakı ayətullah rejiminin mövqeləri ciddi şəkildə zəifləyib.
Bu fonda aparıcı ABŞ mediasında İranın vurulacağına dair demək olar ki, şübhə qalmayıb. Məsələ artıq "olacaqmı?" deyil, "zərbələr nə dərəcədə genişmiqyaslı olacaq?" sualıdır.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru