Mollalar Azərbaycandan əl çəkmir - indi də “Nücəba” böhtana başlayıb

28-01-2026, 17:22           
Mollalar Azərbaycandan əl çəkmir - indi də “Nücəba” böhtana başlayıb
İranda baş verən hadisələrdən sonra Azərbaycanın hədəfə alınacağı gözlənilən idi.

Tribuna.az xəbər verir ki, bu, Tehranın çoxdankı şakəridir.

Belə ki, hadisələr səngiyəndən sonra SEPAH-ın teleqram kanalı Azərbaycanla bağlı böhtan xarakterli məlumat yaydı. İddia edirdilər ki, guya, ABŞ Azərbaycanı İrana hücum etmək üçün silahlandırır.

Bu məsələnin üzərindən bir neçə gün keçdikdən sonra isə İranın proksiləri ortaya çıxıblar. Bu dəfə İranın himayə etdiyi İraqdakı “Nücəba” şiə silahlı qruplaşması bizi “hədəfə” alıb. Təşkilatın baş katibi Əkrəm əl-Kəəbi iddia edib ki, İranda aksiyaları ABŞ və İsraili təşkil ediblər. Ardından isə bildirib: “Etirazlar İraq Kürdüstanı və Azərbaycan üzərindən idarə olunub”.

P.S. İran molla rejimi dünyanın o biri başında da hər hansı hadisə baş versə, Azərbaycanı “günahkar” bilir. Göydən düşən metiorddan tutmuş, Tailandda baş vermil tropik qasırğasına qədər hər şeyin “səbəbkarı” olaraq Azərbaycanı görür. Artıq mollalar o qədər başlarını itiriblər ki, onlarda “Azərbaycanfobiya” yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru