Bir azdan sükut pozulacaq

31-01-2026, 00:11           
Bir azdan sükut pozulacaq
Yaxın Şərq yenə alışır. ABŞ silah gətirir. İran təhdid edir.ABŞ-İran xəttində vəziyyət yenidən kritik həddə çatıb.
Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu açıq şəkildə artırır: 1 aviadaşıyıcı zərbə qrupu, 8 esmines və yüzlərlə raket buraxılış sistemi artıq regionda döyüş hazırlığı vəziyyətindədir. 40 min əsgər, barmaq tətikdə. Bu, diplomatik mesaj deyil-güc nümayişidir.
İran tərəfi isə xəbərdarlıq edir: istənilən hücum “ümumi müharibə” kimi qəbul ediləcək. Yəni ritorika yox, real eskalasiya riski var.
Bu mərhələdə məsələ təkcə İranın nüvə proqramı deyil. Məsələ regionda güc balansının yenidən qurulmasıdır. ABŞ geri çəkilmədiyini göstərir, İran isə geri addım atmayacağını.
Qısası, danışıqlar bitib, raketlər danışmağa hazırdır. Diplomatiya bitəndə belə olur. Söz geri çəkilir, raketlər irəli çıxır. Bu, müharibə elan edilməmiş müharibədir. Əslində müharibə gedir, əsəb müharibəsi çoxdan başlayıb. Bir azdan isə real şəkildə sükut pozulacaq. Yaxın Şərq yenidən böyük oyunun mərkəzinə çəkilir.
Ümid edək ki, Azərbaycan ən pis variantlara da hazırdır...
Elbeyi Hesenli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru