ABŞ-dan son açıqlama gündəmi SİLKƏLƏDİ - Ayətullahlar gedir?
4-02-2026, 00:14

Amerikalı respublikaçı senator Rik Skott İranda rejimin çökmək üzrə olduğuna deyib. Skott deyib:
“ABŞ maksimum təzyiq göstərməlidir. Rejim dəhşətə gəlib və xalq azadlıq istəyir. Ayətullahların dövrü bitdi”.
Lakin ekspertlər hesab edirlər ki, mövcud vəziyyət idarəetmə böhranı yaşadığını göstərsə də, bu prosesin ölkənin parçalanması ilə nəticələnəcəyini demək üçün hələ tezdir.
Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a açıqlamasında Skottun dediyi fikirlərin biri ilə razılaşsa da, digər ilə razı deyil:
“Senatorun dediklərində müəyyən həqiqət var. Bəli, İranda faktiki rejim dağılmaq ərəfəsindədir. Artıq onların ölkə daxilində heç bir nüfuzu qalmayıb. Ölkəni idarə etmək potensialları da tükənir. Növbəti etiraz aksiyası sonlarını gətirəcək. Bunu özləri də yaxşı bilirlər. Lakin analoji şeyi İranın dağılması üçün demək olmaz. İranda min ildir formalaşmış bir anlayış var. Bu vahid İran anlayışıdır. Orada yaşayan xalqlar da özlərini İrandan kənarda hiss etmirlər. Bəluc və kürdlər daha çox ayrılmağa meyllidir. Lakin bu da kütləvi deyil. Yəni bütöv bir xalqın fikri deyil. Ona görə də amerikalı senatorun "ayətullahlar bitib" fikri düz olsa da, "İran dağılır" fikri reallığı əks etdirmir”.

