Etirazlar yenidən başlayır - Tehrana əlavə qüvvələr yeridildi
4-02-2026, 11:38

Dünəndən etibarən Tehranın İnqilab meydanına çox sayda çevik polis və cəza dəstələri yerləşdirilib.
Tribuna.az xəbər verir ki, buna səbəb aksiyaların yenidən başlama ehtimalıdır.
Qeyd edək ki, son üç gündür ali məktəblərdə qış tətili olsa da, tələbələr doğulduqları şəhərlərə getməyərək, etiraz aksiyaları keçirirlər. Əsasən Tibb Universitetlərinin tələbələri prosesdə daha fəaldırlar. Onlar əvvəlcə həbs olunan həkimlərin azad edilməsini tələb eddirdilərsə, artıq yeni tələblər də gündəmə gətirilib. Həmin tələb isə yanvar aksiyalarında iştirka etdiyinə görə, həbs olunanların da azadlığa buraxılmasından ibarətdir.
Bildirək ki, İrandakı mövcud rejim repressiyalara davam etsə də, son olaylardan sonra universitetlərdəki aksiyaları zor gücünə yatırmaq məsələsində tələsmir. Bununla bağlı yerli müşahidəçiləri fikri odur ki, rejim son qətliamdan sonra yenidən qan tökülməsindən ehtiyat edir.
Bu əsnada, bəzi İran mənbələri rejimin nələrdən qorxuduqlarını da xarici mediaya açıqlayıblar. Onlar bildiriblər ki, molla rejimi ABŞ-nin mümkün hərbi əməliyyatlarının ölkə daxilində etirazları yenidən alovlandıra biləcəyindən ciddi narahatdır. Belə bir ssenari hakimiyyətin vəziyyət üzərində nəzarətini zəiflədə və siyasi sistemi sarsıda bilər.

