Heşməti: “Azərbaycandakı iranpərəst qüvvələr hərəkətə keçməlidir”

4-02-2026, 12:18           
Heşməti: “Azərbaycandakı iranpərəst qüvvələr hərəkətə keçməlidir”
Yanvar qətliamından sonra az qala Cibutini də günahkar çıxaran İrandakı molla rejimi son iki gündür anti-Azərbaycan qrupunu da prosesə qoşub.

Tribuna.az xəbər verir ki, iki gün öncə Ehsan Movahidiyan adlı anti-Azərbaycan şəbəkəsinin üzvünün dili ilə dolayı tədid səsləndirən rejim, dünən başqa bir “peşka”sını önə verib.

Belə ki, Azərbaycana qarşı “nifrət bəsləyən” Borhan Heşməti “İran diplomatiyası” saytına verdiyi açıqlamasında tipik həyasızlıq nümayiş etdirib. O iddia edib ki, guya, ABŞ Azərbaycan vasitəsilə İrana qarşı strategiya həyata keçirir. Ardından isə uydurub ki, “Bakı anti-İran kimliyi formalaşdırır”.

Amma Heşməti bir qədər də irəli gedərək, köhnə nağılları yenidən dilə gətirib. “Azərbaycan İsrail üçün regional baza, Rusiya və İrana qarşı əməliyyat platforması və saxta kimlik layihəsidir”.

İranlı “politoloq”un panfarsist damarı da tutub. O, bütün Qafqazın “İrana məzsus” olduğunu çərənləyib. “Qafqaz İranın sivilizasiya arealıdır və İran bu bölgədə daxili hüquqlara malikdir. Qafqaz İranın itirilmiş mülküdür. İran sərhədlərdə hərbi qüvvələrinin mövcudluğunu artırmalıdır”.

Heşməti sonda ağalarının ona verdiyi təlimatı nəhayət, dilə gətirib. “Azərbaycan daxilində iranpərəst hərəkatlar gücləndirilməlidir. Və Bakıya rəsmi xəbərdarlıqlar edilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]