"Mən yazmamışam, sürücüm paylaşıb"

8-02-2026, 10:04           
"Mən yazmamışam, sürücüm paylaşıb"
Donald Tramp sosial şəbəkə səhifəsində Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın rəqs edən meymunlar kimi təsvir olunduğu videonun paylaşılmasından sonra ABŞ-da böyük qalmaqal qalxıb. Video irqçilik ittihamlarına səbəb olub.
Tramp isə bildirib ki, videoya axıra kimi baxmayıb və video onun hesabında şəxsən özü tərəfindən yox, əməkdaşlarından biri tərəfindən paylaşılıb. Məhz buna görə də Tramp üzr istəmək niyyətində olmadığını deyib.
Buna cavab olaraq Kaliforniya qubernatoru Nyusom Trampı lağa qoyub:
"Vay! Ağ Ev deyir ki, Tramp öz tvitlərini özü yazmır??? Avtoqələm!"
Belə qalmaqallar Trampın və respublikaçıların reytinqini kəskin aşağı salır.
Demokratların noyabrda Nümayəndələr Palatasını qazanmaq üçün yaxşı şansları var, amma Senatı almaq xeyli çətindir. Ancaq bu gün artıq Senat uğrunda da mübarizə aparmağın mümkün olduğuna dair əlamətlər görünməyə başlayır.
ABŞ-da Konqresin hər iki palatasının demokratların nəzarətinə keçəcəyi təqdirdə, ABŞ siyasi səhnəsində çox ciddi dəyişikliklər olacaq.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru