Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma

Bu gün, 11:18           
Aİ-də yanacaq qiymətləri kəskin artdı:
Rumıniyada Avropa İttifaqı (Aİ) ölkələri arasında yanacaq və sürtkü materiallarının qiymətində ən yüksək illik artım qeydə alınıb. 2026-cı ilin iyulunda onların qiyməti ötən ilin müvafiq ayı ilə müqayisədə 24,2% artıb.

Bu barədə "Eurostat" xəbər verir.

Ümumilikdə Aİ üzrə şəxsi avtomobil nəqliyyatı üçün yanacaq və sürtkü materiallarının qiyməti il ərzində 16,9% artıb. Qiymət artımı birliyin 27 ölkəsindən 25-də qeydə alınıb.

Rumıniyadan sonra ən əhəmiyyətli bahalaşma Almaniya və Litvada - 22,9%, Bolqarıstanda - 22,2%, Niderlandda - 22%, Finlandiyada isə 20,5% olub. Minimal artım İsveçdə (+1,2%) və İrlandiyada (+3,2%) müşahidə edilib. Macarıstanda isə əksinə, qiymətlər 0,1% azalıb.

Aylıq ifadədə iyul ayında Aİ-də dizel yanacağı 4,3%, benzin isə 4,7% bahalaşıb. İyunla müqayisədə dizelin qiymətində ən böyük artım Polşada (+13,4%), Almaniyada (+12,7%) və Yunanıstanda (+12,1%) qeydə alınıb.

Benzin ən çox Polşada - 17,2%, Almaniyada - 11% və İspaniyada - 7,1% bahalaşıb. Eyni zamanda, benzinin qiymətində ən nəzərəçarpacaq azalma İsveçdə (-11,1%), Kiprdə (-5,4%) və İrlandiyada (-4,1%) qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru