PUTİN TRAMPI NƏ İLƏ “SATIN ALIR”? - Zelenski kəşfiyyat məlumatını açıqladı

8-02-2026, 10:34           
PUTİN TRAMPI NƏ İLƏ “SATIN ALIR”? -
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ABŞ ilə iqtisadi əməkdaşlığı bərpa etmək üçün ikitərəfli müqavilə bağlamaq istədiyini bəyan edib. O, ruslarla amerikalıların Ukraynanın arxasında Ukrayna ilə bağlı məsələləri müzakirə edə biləcəyini də qeyd edib.

“AzPolitika” xəbər verir ki, Volodimir Zelenski bunları jurnalistlərlə söhbəti zamanı deyib.

Dövlət başçısı ABŞ və Rusiya arasında ikitərəfli sənədlərin imzalanması ehtimalını xüsusi qeyd edib: "Biz onların bütün ikitərəfli iqtisadi və ya biznes müqavilələrini bilmirik, amma onlar haqqında məlumat alırıq. Məsələn, kəşfiyyat mənə Rusiyanın ABŞ-yə təqdim etdiyi "Dmitriyev paketi"ni göstərdi - təxminən 12 trilyon dollar məbləğindədir. Bu, deyilənə görə Amerika və Rusiya arasında iqtisadi əməkdaşlıq paketidir".

Zelenski vurğulayıb ki, Amerika ilə Rusiya arasında bu və ya oxşar ikitərəfli sənədlərin imzalanması mümkündür. Lakin Ukrayna öz adının bu sənədlərdə Kiyevdən icazəsiz keçməsinin əleyhinədir: "Həm mediada, həm də digər yerlərdə müxtəlif siqnallar var ki, bunlar Ukrayna ilə bağlı məsələləri də əhatə edə bilər. Məsələn, suverenliyimizlə, Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlər. Biz açıq şəkildə göstəririk ki, Ukrayna tərəflər arasında bizimlə bağlı ehtimal olunan bu cür bizsiz razılaşmaları dəstəkləməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru