Rusiya və Ukrayna arasında sülhə o mane oldu - Babiş

8-02-2026, 11:16           
Rusiya və Ukrayna arasında sülhə o mane oldu - Babiş
Ukrayna və Rusiya 2022-ci ilin aprelində sülh sazişinin imzalanmasına çox yaxın idi. Ancaq Böyük Britaniyanın sabiq baş naziri Boris Conson buna mane oldu.

Axar.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş deyib.

Baş nazir qeyd edib ki, hazırda sülh danışıqları davam edir:

“Danışıqlar intensiv şəkildə gedir. Mənə elə gəlir ki, onlar müharibənin bitməsi və Ukrayna üçün davamlı təhlükəsizlik şəklində uzunmüddətli bir həll yoluna yaxınlaşırlar. Amma Avropa bunu Trampsız bacarmayacaq”.

O, həmçinin Avropanı Rusiya ilə dialoqu bərpa etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru