Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir – Danielyan

11-02-2026, 17:28           
Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir – Danielyan
“Artıq bir neçə aydır xəbərdarlıq edirəm ki, Sünik yolunda (Zəngəzur dəhlizi – red.) süni intellekt tətbiq olunacaq və azərbaycanlılar orada heç bir erməni görməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O qeyd edib ki, bir neçə aydır texniki və proqram təminatı ilə bağlı məsələlər üzərində iş aparılır:

“Bu ərazi faktiki olaraq bizim suveren olmayan zonaya çevrilir. Hətta süni intellekt də nəzarət altındadır və onu idarə edənlər tərəfindən redaktə olunur.

Vaxtı gəldikdə bu yolla bizdən soruşulmadan hərbi texnika və kontingent hərəkət etdiriləcək. Məhz buna görə Naxçıvandan Qarsa dəmir yolu inşa edilir. Yerasxdan (Arazdəyən – red.) keçən ərazi hələ də KTMT-nin məsuliyyət zonasına daxildir, TRIPP isə artıq fövqəldövlət (supranational) ərazi sayılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru