Gültəkin Hacıbəyli deportasiya edildi - AÇIQLAMA

12-02-2026, 09:06           
Gültəkin Hacıbəyli deportasiya edildi - AÇIQLAMA
Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində məlumat yayıb. O, qeyd edib ki, Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır.

Qeyd edək ki, G. Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı. O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru