ABŞ Ukraynada sağı göstərib, İranı soldan vuracaq
10-03-2026, 07:54

Yadınıza gəlirsə, Ukraynada müharibə başlayanda yazmışdım, ABŞ Ukraynada sağı göstərib, İranı soldan vuracaq. Bunu o vaxtlar yazırdım ki, hamı Ukraynanın Qərb üçün prioritet olduğu, sonadək Ukraynanı qoruyacağı, hətta bir çoxları nüvə riskinə qədər gedəcəyi qənaətində idi. Mən politoloq deyiləm, amma həmişə sadə məntiqlə düşünmüşəm ki, Bayden və Tramp Amerika siyasətinin iki üzüdür və onlar bir-birini tamamlayr. Biri Ukraynada müharibəni sadəcə qızışdırdı, o biri müharibəni miras kimi Avropanın üstünə atıb əsas hədəfinə yönəldi.
Neft İrandadır və Ukrayna indi heç kimin umurunda deyil, avropalılar isə bahalaşmanın şokunu yaşayır.
Mən yazırdım ki, İrana hücum realdır, amma peşəkar politoloqlar belə bunun mümkünlüyünə şübhə ilə yanaşırdılar.
Müharibədən 4 gün əvvəl də dəhşətli müharibə olacağını yazdım, artıq müharibənin 10-cu günüdür, həqiqətən amansız müharibə gedir. İranın hərbi potensialı tükənməz deyil, hava məkanındakı boşluq onu daha çox hərbi itkilərə məruz qoyur. Müharibə daha bir neçə həftə çəkə bilər, o vaxta qədər ki, İranın siyasi rəhbərliyi Tramla dil tapa bilsin. Bu İranın dövlət kimi xilas imkanıdır, alternativdə regionu xaos və İranı parçalanma gözləyir. Bunu dediyini unutmayın, İranın xəritəsi indiki kimi olmaya bilər.
Bu müharibə qlobal müharibədir, onun görünən və görünməyən tərəfləri var. Rusiya var, Çin var, elə Avropa iqtisadiyyatının özünü məngənəyə salıb, onun daxilində avroya etimadı çatlatmaq məqsədi var.
Böyük şahmat taxtaslnda oyunlar bəsit deyil. Amerikaya dolların qüdrəti, neft və silahlarını satmaq lazımdlr. Müharibə neft ölkələrini ABŞ-dan daha çox silah almağa sövq edəcək, daha çox neftə nəzarət dünyada neftin qiymətlərini diqtə etməyə daha çox imkanlar yaradacaq.
Uzun-uzadı yazmaq istəmirəm.
Sadəcə neftin istehsal xərclərinə diqqət yetirin, əgər Tramp İranda məqsədlərinə nail olsa və müharibə sonrası neftin qiymətini 40-45 dollara salsa nə baş verər?
1 barrel neftin istehsal xərci (təxmini)
🇮🇷 İran
təxminən 9–13 $ / barrel
🇻🇪 Venesuela
təxminən 23–30 $ / barrel
🇷🇺 Rusiya
təxminən 17–42 $ / barrel
Yeri gəlmişkən, Trampın Sülh Şurası üçün topladığı vəsaitin aqibəti görəsən necə oldu?
Cavanşir Həsənli
TEREF

