Haaretz: İsrail və Livanın tezliklə danışıqlar aparacağı gözlənilir

Bu gün, 10:44           
Haaretz: İsrail və Livanın tezliklə danışıqlar aparacağı gözlənilir
İsrailin "Haaretz" qəzeti iki məlumatlı mənbəyə istinadən yazır ki, İsrail və Livan yaxın günlərdə birbaşa danışıqlar aparacaqlar. Bu, İranla müharibədən sonra ilk danışıqlar olacaq.

Teleqraf xəbər verir ki, "Haaretz" qəzetinin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Parisdə və ya Kiprdə baş tuta biləcək danışıqlarda iştirak edəcək. İsrail nümayəndə heyətinə Baş nazir Binyamin Netanyahunun etibarlı adamı Ron Dermer rəhbərlik edəcək.

Danışıqların Livanda hərbi əməliyyatların dayandırılması və Livan Hizbullah hərəkatının tərksilah edilməsi məsələlərinə yönələcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]