“Azərbaycanlıların gözünə baxmağa utanıram”

16-03-2026, 08:44           
“Azərbaycanlıların gözünə baxmağa utanıram”
Belçikanın keçmiş Baş naziri Yves Lterme Avropa ölkələrinin Azərbaycana münasibətdə ziddiyyətli siyasət yürütməsini sərt tənqid edib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, Avropa İttifaqının bir tərəfdən Azərbaycanı müxtəlif məsələlərdə, xüsusilə də insan haqları mövzusunda tənqid etməsini, digər tərəfdən isə enerji böhranı fonunda Bakının qazına ehtiyac duymasını riyakarlıq kimi qiymətləndirib.
Keçmiş Baş nazir bildirib ki, bu vəziyyət Avropanın siyasətində açıq ziddiyyət yaradır:
“Bir tərəfdən Azərbaycanı bir çox məsələlərdə, o cümlədən insan haqlarının pozulmasında ittiham edirik, digər tərəfdən isə böhran dövründə onlardan bizə daha çox qaz satmalarını istəyirik. Mən Aİ vətəndaşı kimi azərbaycanlıların gözünə baxmağa utanıram. Düşünürəm ki, bu, utancverici vəziyyətdir”.
Qeyd edək ki, son illər Avropa enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlığı genişləndirib. Xüsusilə Aİ ilə Azərbaycan arasında imzalanan enerji əməkdaşlığı razılaşmaları çərçivəsində Avropaya qaz ixracının artırılması müzakirə olunur. Bu isə bəzi Avropa siyasətçilərinin özlərinin də etiraf etdiyi kimi, Brüsselin Bakı ilə bağlı siyasətində ziddiyyətlər yaratdığı barədə müzakirələri gücləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru