“İtki versələr də, rejim hələ ki toxunulmazdır”

19-03-2026, 16:44           
“İtki versələr də, rejim hələ ki toxunulmazdır”
ABŞ kəşfiyyatı İranda davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkənin şaquli güc strukturunun hələ də öz mövqelərini qoruyub saxladığını hesab edir.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru Tulsi Qabbard Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində keçirilən dinləmələr zamanı bəyanat verib.

NSA direktoru bildirib ki, “Epik Qəzəb” (Epic Fury) əməliyyatı nəticəsində ciddi itkilər versə də, Tehran rejimi hələ ki toxunulmaz görünür:

“Lakin ölkənin iqtisadi vəziyyəti pisləşdikcə, hakimiyyət daxili ziddiyyətlərin kəskinləşməsi ilə üzləşəcək”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat artıq üçüncü həftəsinə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru