Bu, vəziyyəti daha da pisləşdirə bilər - Əraqçi

31-03-2026, 08:38           
Bu, vəziyyəti daha da pisləşdirə bilər - Əraqçi
“Hörmüz boğazında baş verən hər hansı bir təxribat regiondakı vəziyyəti daha da pisləşdirə bilər”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.
Əraqçi əlavə edib ki, Hörmüz boğazı İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır:
“Təcavüzkarların və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribatçı hərəkətləri vəziyyəti daha da çətinləşdirəcək”.
Agentliyin məlumatına görə, Fransa xarici işlər naziri də öz növbəsində Parisin mövqeyini təkrarlayaraq İrana qarşı tətbiq edilən müharibəyə və mülki hədəflərə hücumlara qarşı çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru