İran təsdiqlədi: Hörmüzdən keçən gəmilərə...

31-03-2026, 08:38           
İran təsdiqlədi: Hörmüzdən keçən gəmilərə...
İran parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulması planını təsdiqləyib.
Bu barədə "Tasnim" agentliyi komitə üzvünə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, boğazda gəmiçiliyin tənzimlənməsi üzrə yeni plan ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulmasını da nəzərdə tutur.
Qeyd olunur ki, rüsumların ödənişi İran rialı ilə həyata keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru