Stalin repressiyaları 20-ci əsrdə Azərbaycan xalqına vurulmuş ən ağır zərbələrdən biridir

2-04-2026, 07:14           
Stalin repressiyaları 20-ci əsrdə Azərbaycan xalqına vurulmuş ən ağır zərbələrdən biridir
"Ziyalı azərbaycanlılara qarşı cəza tədbirləri 1937-1938-ci illərdə daha da amansızlaşmışdı. Sovet hakimiyyətində oturmuş antiazərbaycan dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın və onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əlilə təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsi – alim, yazıçı, artist, müəllim, gənc, din xadimi, sovet və partiya idarəsi əməkdaşı, hərbçi – bir sözlə, bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahiblərini bir ucdan məhv edirdilər. Hətta tək bir xarici dil bilən şəxsləri belə qırırdılar. Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər bir «xalq düşməni»nə «məhkəmə» zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı (tək-tək hallarda 20 dəq.). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini, nə qədər zəka sahibi azərbaycanlının güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox. Bakıda bütün bu quldur tribunal iclaslarını Vişinskinin müavini, bəşər övladının qatili Matuleviç, öz əlaltıları Zaryanov və Jiqurla birgə aparırdı. Biz ancaq Bakıdan danışırıq! Kim deyə bilər ki, Azərbaycanın kənd rayonlarında bu fövqəladə Üçlüklərin Xüsusi iclaslarının qərarları ilə neçə min günahsız məhv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş «xalq düşmənləri»nin ailə üzvlərinin təxmini sayını kim deyə bilər?!".
Akademik , tarixçi Ziya Bünyadovun yazdıqlarından parça.
Stalin repressiyaları 20-ci əsrdə Azərbaycan xalqına vurulmuş ən ağır zərbələrdən biridir. 80 mindən çox ziyalının sorğu-sualsız və məqsədli şəkildə məhv edilməsi nəticəsində xalqımız böyük zərbə almış, onillərlə inkişafdan geri qalmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra repressiya qurbanlarına bəraət verilmişdir.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru