Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro veriləcək – Leyen

2-04-2026, 08:19           
Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro veriləcək – Leyen
Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen öz “X” hesabında açıqlama verib.

“Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Bunlar Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsur Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdir. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır”, – diplomat yazıb.

Qeyd edək ki, müharibənin başlanğıcından bəri Avropa Birliyi Ukraynaya 69,7 milyard avrosu hərbi yardım olmaqla, ümumilikdə 194,9 milyard avro dəstək göstərib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru