Təxribatçı Qaregindən yeni çıxış

12-04-2026, 10:14           
Təxribatçı Qaregindən yeni çıxış
Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında erməni kilsə rəhbərinin mesajı diqqət çəkib.

Referans Media xəbər verir ki, II Qaregin (Erməni Apostol Kilsəsinin rəhbəri) konfrans iştirakçılarına ünvanladığı müraciətdə erməni cəmiyyətinin “xarici və daxili çağırışlarla üz-üzə qaldığını” bildirib.

O, çıxışında erməni cəmiyyətində parçalanma, nifrətin yayılması və milli institutlara qarşı yönəlmiş addımların olduğunu iddia edib. Eyni zamanda Ermənistan–diaspor münasibətlərində problemlərin mövcud olduğunu vurğulayıb.

Mesajda diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı da yer alıb.

Bununla yanaşı, II Qaregin erməniləri “yad təsirlərdən uzaq durmağa” səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru