Mərhum Əli Xamenei sağlığında erməniləri çox düşünərdi,...
13-04-2026, 00:01
Mərhum Əli Xamenei sağlığında erməniləri çox düşünərdi, Ermənistanı çox qoruyardı, hətta Xankəndidə qalmış bir ovuc separatçı erməniyə yanacaq, ərzaq göndərmək üçün İran tırlarının nömrəsini erməni nömrələri ilə dəyişdirib onlara yardım göndərmişdi. Zəngəzur dəhlizi ilə bağlı rəsmi hesabında tvit atmışdı ki, "Zəngəzur marşrutu Ermənistanın ziyanınadır". Rəhmətlik, həqiqətən erməni xalqına çox böyük qayğı ilə yanaşırdı. Bütün erməni prezidentləri ilə şəxsən görüşüb, söhbətlər etmiş, qədim qonşuluq və dostluq əlaqələrindən bəhs etmişdi. Novruz bayramında da həmişə mütləq bir erməni ailəsinə qonaq olar, onlarla həmsöhbət olardı. Bəlkə də elə bu məhəbbətdəndir ki, İran hakimiyyəti, müsəlman İran xalqının ali dini lideri olan ayətullah Əli Xameneyinin 40 mərasimini məhz erməni kilsəsində keçirtdilər. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Allah günahlarını bağışlasın! Türk İslam Birliyi TEREF