İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib

Bu gün, 00:09           
İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib
İran ABŞ Prezidenti Donald Trampın İranın hərbi-dəniz blokadasına dair bəyanatları səbəbindən ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib.

Bu barədə İran mediası mənbəyə istinadən məlumat yayıb.

“Trampın İranın hərbi-dəniz blokadası barədə bəyanatı, həmçinin danışıqlar zamanı amerikalıların tələblərinin həddindən artıq çoxluğu səbəbindən İran danışıqların növbəti raunduna hələ razılıq verməyib”, – mənbə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun şişirdilmiş tələblərdən imtina etməsi danışıqların davam etdirilməsi üçün ən vacib şərtdir. Əks halda, “İran yorucu və faydasız danışıqlara vaxt sərf etməyəcək”.

“İran pakistanlı vasitəçilər üzərindən ABŞ tərəfini məlumatlandırıb”, – o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru