Qalibaf: ABŞ “mühasirəni” dayandırmasa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq

Bu gün, 11:14           
Qalibaf: ABŞ “mühasirəni” dayandırmasa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq
İran parlamentinin spikeri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın “mühasirə” siyasətini davam etdirəcəyi təqdirdə Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılacağını bəyan edib.

TEREF xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, Qalibaf İran dövlət televiziyasına müsahibəsində ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ-a məxsus minaaxtaran gəminin hərəkətinə qarşı çıxılıb və İran tərəfinin atəş açmaq barədə xəbərdarlığından sonra Amerika tərəfi geri çəkilməyə məcbur olub.

Qalibaf ABŞ-ın İranı “mühasirəyə almaq” qərarını yanlış addım kimi qiymətləndirərək qeyd edib ki, bu siyasət dayandırılmasa, Hörmüz boğazında hərəkətə məhdudiyyət tətbiq olunacaq.

“Başqalarının Hörmüz boğazından keçməsi, lakin bizim keçə bilməməyimiz mümkün deyil”, – deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru