ARDNŞ dövlətə məxsusdur və Dövlətin qanunları ilə idarə olunur - SOCAR Neftayırma zavodunda şirkətin"sağlamlaşdırma" siyasəti davam edir...
28-11-2025, 16:29
Qanunu pozub cəzasız qalanlar ! Cənab və cənabələr.Vallah ARDNŞ(Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) dövlətə məxsusdur. və Dövlətin qanunları ilə idarə olunur. SOCAR idarə və müəssisələrində 50+,55+,60+yaş həddində olan (əsasən aşağı vəzifəli) işçilərə mənəvi,psixoloji təzyiqlər ("sağlamlaşdırma" siyasəti) davam edir. TEREF yazır ki, bunu SOCAR idarə və müəssisələrində aparılan qanunsuz kadr ixtisarı siyasətinə etiraz edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli deyir. Mirvari xanım daha sonra deyir: SOCAR Neftayırma zavodunda şirkətin"sağlamlaşdırma" siyasətinə əsasən zavodun laboratoriyasında çalışan yaşı 55+-olan qadınlara təzyiq olunaraq , heç bir əmrə,sənədə istinad etmədən onlardan işdənçıxma ərizəsi yazmaq tələb olunur. Əks təqdirdə "imtahan" (⁉️) verməli olacaqlarını qeyd edirlər."İmtahanda" iştirak etməyənlərin kartı(zavoda giriş ) bağlanacaq, "imtahanda" iştirak edib yaxşı nəticə qazanmayanlar da işdən azad ediləcəklər. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli axırda "sağlamlaşdırma" siyasəti reallaşdıranlara sual edir: Sual: Bəs şirkət büdcəsinə qənaət etmək üçün SOCAR yüksək vəzifəliləri, onların 50-ə yaxın çox yüksək əmək haqlı müşavirləri,müavinləri,müavinlərin müavinləri, köməkçiləri,katibələri arasında seyrəltmə aparmaq haqqında düşünmürsünüz ki? Mirvari Gahramanli TEREF