“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

29-11-2025, 09:44           
“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?
Kinosevərlər “Park Cinema”da bəzi filmlərin ancaq rus dili versiyada verilməsindən şikayətlənir.

XALQ -nın xəbərinə görə, problemi ictimailəşdirən Seyiq Hüseyn bildirib ki, “Park Cinema”da bəzi filmlərin Azərbaycan dili versiyası yoxdu. Rus dili versiyasında olan filmlərdə Azərbaycan dilində ancaq alt yazı verilir:

“Bu foto “Park Cinema”nın bir film üçün olan reklamıdır. Niyə orada orjinal dil və Türk dili yoxdur? niyə ancaq rus dili var? Bu “Park Cinema” Rusiyada yerləşir, ya ancaq ruslar üçün xidmət göstərir?
Bəlkə rus dilində bilməyin vacib olması ilə bağlı bir qərar çıxıb, bizim xəbərimiz yoxdur?”.

Qeyd edək ki, “Park Cinema”da bu ilk belə hal deyil. Bu problem təkcə filmlərdə müşahidə olunmur. Bir çox cizgi filmləri də olur ki, rus və türk dili versiyası olur, ancaq Azərbaycan dilində nümayişi olmur.Tribunainfo.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru