70 min manatlıq “zibil əməliyyatı”: Tibbi tullantılar üçün

29-11-2025, 10:48           
70 min manatlıq “zibil əməliyyatı”: Tibbi tullantılar üçün
“Bakı Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsi tibb müəssisələrindən hasil olan müxtəlif siniflər üzrə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin alınması üçün tender keçirib.

32gun.az xəbər verir ki, tender çərçivəsində aşağıdakı xidmətlər həyata keçiriləcək:

D sinfi tibbi tullantıların zərərsizləşdirilməsi və daşınması – 30 m³,

C sinfi tibbi tullantıların zərərsizləşdirilməsi və daşınması – 50 m³,

B sinfi tibbi tullantıların zərərsizləşdirilməsi və daşınması – 720 m³.

Xidmətlər yalnız lisenziyalı və tibbi tullantı daşımaq üçün xüsusi təchiz olunmuş avtomobillərlə, sertifikatlı heyət tərəfindən, müvafiq qanunvericilik və normativ sənədlərə uyğun həyata keçiriləcək.

Tenderin ehtimal olunan qiyməti 69.760,00 AZN təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru