300 nəfərin yaşadığı yataqxana QƏZALI VƏZİYYƏTDƏ - Sakinlərdən ŞİKAYƏT

30-11-2025, 11:14           
300 nəfərin yaşadığı yataqxana QƏZALI VƏZİYYƏTDƏ - Sakinlərdən ŞİKAYƏT
Zirzəmi su ilə dolub, istinad divarlarında çatlar yaranıb, tavanın bir hissəsi isə çöküb.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu vəziyyət paytaxtın Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, 300 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanada müşahidə olunur.

Sakinlərin sözlərinə görə, illər əvvəl həmin yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilsə də, onlar indiyədək köçürülməyiblər.

Bakı Su-Kanal İdarəsinin əməkdaşları bina daxilindəki su xəttində yaranmış sızmanı aradan qaldıra biliblər. Qurumdan bildirilib ki, zirzəminin təmizlənməsi isə həftənin ilk iş günündə həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə məsələni nəzarətdə saxladıqlarını açıqlayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru