Vergi verənlərin hesabına məmurların özbaşınalığına, varlanmasına son qoymaq üçün nə etməli?-Marqaret Tetçerdən məsləhətlər
1-12-2025, 17:14
Övladlnız zəhməti ilə ilk dondurmasını qazandıqda, aşağıdakıları edin: 1. Dondurmasını yalamamışdan əvvəl, onun əlindən alın və 20%-ni dişləyin. 2. Onlar sizə heyrətlə baxarkən, daha 30% -ni dişləyin. Daha sonra onun özünə qalan dondurmanı qaytarın və hökumətin də onun qazandığı bütün pullarla belə etdiyini izah edin. Və ona deyin ki, qazancı ilə özünə aldığı hər dondurmanın başına bu gələcək. Lakin, buna son qoymaq olar. Belə ki, dişləyən şəxsin biləyini tutaraq, müəyyən faiz bir məbləği niyə dişlədiyinin izahını tələb etməklə dişləmə faizini azaltmaq olar. Əgər hər bir valideyn bunu edərsə, hökumətin öz pulunun olmadığını - yalnız vergi ödəyicilərinin pulunun olduğunu başa düşən bir nəslin yetişəcəyinə ümid var. Və bundan sonra, vergi ödəyiciləri dövlət məmurlarının onların pullarını necə və hara xərclədiyini nəinki izləyə bilər, həm də izləməlidirlər. Bununla da vergi verənlərin hesabına məmurların özbaşınalığına, varlanmasına son qoyular. Marqaret Tetçer Есмира Шукурова