TƏBİB səni deyirlər...Həkimdən hamilə qadına cavab: “Sabaha sağ qalsanız, müraciət edərsiniz” VİDEO

14-01-2026, 10:49           
TƏBİB səni deyirlər...Həkimdən hamilə qadına cavab: “Sabaha sağ qalsanız, müraciət edərsiniz” VİDEO
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu''.

TEREF bildirir ki, bunu ''Xəzər Xəbər''ə paytaxt sakini Aytac Vahabova deyib.

Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcili yardım avtomobili ilə Yeni Klinikaya gətirilib. Orada onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.

"Gecə növbəsində ginekoloq Sevinc Məmmədova idi. Məni otaqda gözlətdilər. Təxminən bir saat, saat yarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Mən artıq getməliyəm. Əgər sabah sağ qalsanız, bətninizdəki övlad da sağ qalarsa, o zaman yenidən müraciət edərsiniz - səhər növbəsində kim olacaqsa ona", - deyə şikayətçi baş verənləri nəql edib.

Aytac Vahabova Sevinc Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]