Avropa ölkələrinin Azərbaycandan qaz almağa başlamasının səbəbi nədir?

21-01-2026, 12:18           
Avropa ölkələrinin Azərbaycandan qaz almağa başlamasının səbəbi nədir?
2026-cı ilin əvvəlindən etibarən Azərbaycan Avstriya və Almaniyaya təbii qaz ixracına başlayıb. Bununla da Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.


Qeyd edək ki, 2025-ci ildə SOCAR-la Almaniyanın "Securing Energy for Europe" (SEFE) dövlət enerji şirkəti arasında təbii qazın alışı üzrə 10 illik müqavilə imzalanıb. Sənədə əsasən, illik tədarük həcmi mərhələli şəkildə artırılaraq təxminən 1.5 milyard kubmetrə çatdırılacaq.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Almaniya və Avstriyanın Azərbaycandan qaz idxalına başlaması ilk növbədə bu ölkələrin yeni mənbələrdən enerji əldə etmək tələbatının yaranması ilə bağlıdır:

"Ötən ilin dekabrında Avropa Komissiyası yaxın iki il ərzində Rusiya qazından tamamilə imtina etmək haqqında qərar çıxardı. Bu ölkələrə öz qaz təminatlarını möhkəmləndirmək üçün digər mənbələrdən alternativ imkanlar lazımdır. Bu baxımdan, bu iki ölkənin məhz Azərbaycan üzərində fokuslanması heç də təsadüfi deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]