“Karvan“ restoranı İsa Həbibbəylinin imiş

21-01-2026, 10:08           
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
“Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında “Karvan” restoranı var. Həmin restoran da bu kişinindir”.
Bu sözləri Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında yazıb.
“2015-ci ildə həmin restoranda ofisant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitseprezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu. Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf
lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir.
xalq













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]