Qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu

22-01-2026, 12:44           
Qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu
Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir..

TEREF xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü “Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)”, 76-sı “KASKO”, 4-ü “Daşınmaz əmlakın icbari sığortası”, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrədir.

“Hazırda qiymətləndirilmiş 366 hadisədə ehtimal olunan zərər 254 435 manat təşkil edir, qalan 118 hadisənin qiymətləndirilməsi davam edir. Bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta ödənişləri sığorta hadisəsi kimi tanınan müraciətlər üzrə həyata keçiriləcək. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı ehtimal edilir”, – ASA- dan bildirilib.

Məlumata əsasən, hesabat dövründə müraciətlərin 67 %-i Bakı, 33 %-i isə ölkənin digər bölgələrindən daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]