Masazırda zibil dizə çıxır - Bələdiyyə və icra hakimiyyəti susur - Fotolar

23-01-2026, 10:38           
Masazırda zibil dizə çıxır - Bələdiyyə və icra hakimiyyəti susur - Fotolar
“Abşeron rayonunun Masazır qəsəbəsində zibil dizə çıxır”
Bu barədə qlobal.az-a Masazır qəsəbəsinin Toğrul Nərimanbəyov küçəsinin sakinləri şikayət ünvanlayıblar.
Sakinlər hər ay pul ödədiklərinə baxmayaraq, tullantıların mütəmadi daşınmadığını, ərazidə ciddi antisanitariya vəziyyətinin hökm sürdüyünü deyirlər.
Dəfələrlə Masazır bələdiyyəsinə, Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyən sakinlər müraciətlərinə baxılmadığını bildirirlər.
Sakinlərin digər şikayəti yolların palçıqlı olması, adi bir yağışda yolların keçilməz olması barədədir.
Məsələ ilə bağlı Masazır bələdiyyəsindən mövqe öyrənməyə çalışsa da, zənglərə cavab verilməyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]