Xırdalanda Abdin Fərəzliyev bu tikintiyə hansı şərtlərlə icazə verib?

Bu gün, 00:07           
Xırdalanda Abdin Fərəzliyev bu tikintiyə hansı şərtlərlə icazə verib?
Abşeron rayonu, Xırdalan şəhərində magistral yolun üzərində səki zəbt olunaraq beşmərtəbəli bina tikilib. İnşası tam başa çatmayan bina artıq indidən hərəkət iştirakçıları üçün təhlükəyə çevrilib.

XALQ xəbər verir ki, bu barədə “Sitat.info”ya şəhər sakinləri məlumat veriblər və tikilinin videosunu redaksiyamıza göndəriblər.

Nəqliyyatın intensiv hərəkət etdiyi yolun kənarında binanın tikintisi tikinti normalarına zidd olduğu halda, bu tikiliyə necə icazə verildiyi və indiki mərhələyə qədər inşasının görməzdən gəlinməsi ciddi təəccüb və suallar doğurur. Tikilməkdə olan binanın ərazisi hasara alınıb, sakinlərin intensiv hərəkət etdiyi səki zəbt olunub. Videodan da magistral yolun necə daraldığı açıq-aydın görünür. Bina hazır olub, təhvil verildikdən sonra ərazidə necə bir tıxaca səbəb olacağı indidən bəlli olur.

Xırdalanda tıxacların bu qədər artmasının səbəblərindən biri həm də bu cür tikililərin artmasıdır.

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru