Ərazi hasarlanıb, yolun hərəkət hissəsi tutulub - ŞİKAYƏT

7-05-2026, 11:18           
Ərazi hasarlanıb, yolun hərəkət hissəsi tutulub - ŞİKAYƏT
Bakıda hasarlanmış ərazinin qəzaya səbəb olduğu iddia edilir.

"Xəzər Xəbər"in qaynar xəttinə paytaxt ərazisində yerləşən 86 nömrəli məktəbin yaxınlığındakı ərazinin hasarlanması nəticəsində qəza baş verməsi iddiası ilə bağlı müraciət daxil olub. İddialara görə, yolun hərəkət hissəsi tutulub.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayanlar və yaxınlıqda çalışanlar deyiblər ki, burada mütəmadi qəza şəraiti yaranır. Dəmir hasar sürücülərdə görüntü məhdudiyyəti yaratdığından qəzalar qaçılmaz olur.

Öyrəndik ki, hasarlanmış ərazidə tikinti işləri aparan "İnam 2019" MMC-dir.

Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazi onların mülkiyyətindədir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilib: “Ərazi qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanıb. Hərəkətin təşkilinə heçbir maneə yaratmır”.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazi özəl mülkiyyətdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru