Mesajım da o idi ki, sərhəddi tam açın, sonra təyyarəyə, qatara nə qiymət istəsəniz təyin edin.

Bu gün, 09:44           
Mesajım da o idi ki, sərhəddi tam açın, sonra təyyarəyə, qatara nə qiymət istəsəniz təyin edin.
Təqribən 10-12 ildir ki, hər bazar günü müxtəlif mövzularda, "düşünmək üçün", yazılar yazıram, bir tanışım yığıb hamısını, deyir ki, hardasa, 700 səhifəlik kitab alınar.
Bu gün sadə, qısa bir mətn yazdım, Bakı-Tbilisi qatar beletləri və İstanbul-Sofiya qatar biletləri qiyməti haqqında (tam eyni məsafədir) sonda qeyd etdim ki, özünüz düşünün. Kiçik bir eksperiment idi - şərhlərdə bir qism məni ADY nin tərəfində olduğumu, bir qism hər iki ölkədə minimum əmək haqqını niyə yazmadığımı, bir qism də hökuməti müdafiə etdiyimi yazdı.
Dəhşətdir, adi 2 gedişli düşünmə düsturu idi - bu bacarıqsız hökuməti məndən çox rəqəm və arqumentlərlə tənqid edən yoxdur, qışqıran, bağıran boşboğazları demirəm ha, arqument deyirəm.
Düşünməyə dəvətin də məğzi o idi ki, Türkiyənin sərhədləri tam açıqdır, açıq sərhəd rejimində qatar biletini 75 manata satırlar, bizdə hələ ki, məntiqsiz olaraq sərhəd bağlıdır. Mesajım da o idi ki, sərhəddi tam açın, sonra təyyarəyə, qatara nə qiymət istəsəniz təyin edin.
Türkiyədə SEÇİM var, açıq sərhəd var, bir daha - cəmi iki addımlıq düşünmək üçün konstruksiya təklif etdim. Deyəsən, alınmadı, təəssüf ki, alınmadı...
Natiq Cəfərli
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru