İranla yekun razılaşma uranın ölkədən çıxarılmasını nəzərdə tutmalıdır -Netanyahu

Bu gün, 09:18           
İranla yekun razılaşma uranın ölkədən çıxarılmasını nəzərdə tutmalıdır -Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığında İranla yekun sazişin uranın zənginləşdirilməsi obyektlərinin sökülməsi və zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını nəzərdə tutmalı olduğu barədə ortaq mövqeyə gəliblər.

Gununsesi.info xəbər verir ki, Netanyahu bu barədə “X” hesabında yazıb.

“Prezident Tramp və mən İranın nüvə təhlükəsinin aradan qaldırılması məsələsində həmfikir olduq. Bu isə İranın uranı zənginləşdirmə obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutur”, – deyə Netanyahu vurğulayıb.

O qeyd edib ki, məsələ ilə bağlı Tramp ilə gecə saatlarında telefon danışığı aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru