"ABŞ İranla razılaşmanın yaxın günlərdə təsdiqlənməsini gözləyir" - Barak Ravid

Bu gün, 08:18           
"ABŞ İranla razılaşmanın yaxın günlərdə təsdiqlənməsini gözləyir" - Barak Ravid
ABŞ İranla razılaşmanın yaxın günlərdə təsdiqlənməsini gözləyir - Barak Ravid

Vaşinqton administrasiyası İran tərəfinin bir neçə gün ərzində sülh haqqında razılaşmanı təsdiqləyəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid məlumat yayıb.

O, "X" sosial şəbəkə hesabındakı paylaşımında ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirib ki, tərəflər bir sıra detallar üzrə hələlik razılığa gəlmədikləri üçün İranla razılaşma bu gün imzalanmayacaq.
Ətraflı

"Sövdələşmənin bəzi elementləri üzrə danışıqlar hələ də davam edir", - jurnalist qeyd edib.

Onun sözlərinə görə, amerikalı rəsmi bəzi məsələlərin ABŞ, digərlərinin isə İran üçün vacib olduğunu bildirib.

Ravid əlavə edib ki, ABŞ bir neçə gün ərzində bütün lazımi məsələlərin təsdiqlənməsini gözləyir.

Mənbənin məlumatına görə, İranın Ali lideri Müctəba Xamenei razılaşma mətninin əsas hissəsini təsdiqləyib, bəzi bəndlər isə müzakirə üçün açıq saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru