2028-ci ilə qədər iş yerlərinin 30%-i yox olacaq?!
9-06-2026, 09:38
Tarixi sarsıdan "Böyük Depressiya" dövründə bu rəqəm cəmi 6% idi. Google X-in keçmiş direktoru Mo Qavdat xəbərdarlıq edir: Biz rəqabət aparan fərqli proqramlar qurmuruq, fərqində olmadan qlobal və nəhəng bir "Planetar Beyn" inşa edirik. Qavdatın fikrincə, 2038-ci ildə bizi böyük bir bolluq utopiyası gözləyir. Amma ora qədər gedən yol çoooox xoşagəlməz bir onillikdən keçəcək. Dövlətlər və korporasiyalar Sİ-ni ilk növbədə kütləvi nəzarət və güc toplamaq üçün istifadə edəcəklər. Bəs bu dövrdə necə sağ qalmalı? –EQ (Emosional İntellekt): Maşınların kopyalaya bilmədiyi tək şey insani bağlar və empatiyadır. –Dərin Analiz: Səthi işləri Sİ-yə dövr edin, strateji düşüncəyə fokuslanın. –Şübhə Mədəniyyəti: Rəqəmsal dünyada gördüyünüz hər şeyə inanmayın, fact-checking artıq bir lüks deyil, sağ qalma alətidir. Sizcə, süni intellekt bizi cənnətə aparır, yoxsa insan axmaqlığını daha da gücləndirir? Şərhlərdə müzakirə edək. İbrahim Nebioğlu TEREF