Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır — VİDEO
Bu gün, 10:44
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur.
Statistik göstəricilərə əsasən, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0.9% azalıb. Son 10 ilin dinamikasına nəzər saldıqda isə xırdabuynuzlu heyvanların sayında 20-25%, iribuynuzlu heyvanlarda isə 7-8% azalma qeydə alınıb.
Bu barədə Baku TV-nin videomaterialında bildirilib.