"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?

Dünən, 00:06           
"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?
"İstehlakçı hüquqları hər kəs üçün eyni dərəcədə qorunmalıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəiyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "11 iyul 2026-cı il tarixində saat 10:48-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şəhər tipli qəsəbəsi, Mədən 4-cü sahə, 276-cı məhəllə, M4 ünvanında yerləşən Panda Baby mağazasından "Chicco" markalı uşaq şampunu aldım.
Məhsulun üzərində satış qiyməti 10,90 AZN göstərilsə də, kassada məndən 12,90 AZN tutuldu. Qiymət fərqini bildirdikdə mağaza administratoru mənə "Kassada nə çıxırsa onu ödəməlisiniz, istəmirsinizsə almayın." cavabını verdi və məhsulun üzərində göstərilən qiymətlə satışdan imtina etdi.
Burada söhbət cəmi 2 manatdan getmir. Söhbət hər bir istehlakçının qanunla qorunan hüquqlarından gedir. Mağazada alıcıya təqdim olunan qiymətə əməl olunmalı, müştərilərlə nəzakətli davranılmalıdır.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şikayət etmişəm. Ümid edirəm ki, məsələ obyektiv araşdırılacaq, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək və bu cür halların təkrarlanmasının qarşısı alınacaq.
Paylaşımımın məqsədi kimisə gözdən salmaq deyil. Məqsəd istehlakçı hüquqlarının qorunmasına diqqət çəkmək və digər vətəndaşların da oxşar hallarla qarşılaşmamasına töhfə verməkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru