“Tor”a həyat yoldaşından məzəli ad günü təbriki – FOTO

14-08-2022, 11:24           
“Tor”a həyat yoldaşından məzəli ad günü təbriki – FOTO
“Marvel” Kainatında “Tor” rolu ilə məşhurlaşan avstraliyalı aktyor Kris Hemsvort 39 yaşını qeyd edib. Ulduzun həyat yoldaşı Elza Pataki onu qeyri-adi şəkildə təbrik edib və sosial şəbəkə hesabından məzəli fotolarını paylaşıb.

Yayımlanan kadrlardan birində aktyor hamamda başında tutuquşu ilə, ikincidə - uşaqlarının əhatəsində, üçüncüdə - həyat yoldaşı ilə birlikdə “Tor: Məhəbbət və İldırım” (“Thor: Love and Thunder”) filminin çəkiliş meydançasında əks olunub.

“Ad günün mübarək, mənim sevimli tutuquşu əhliləşdiricim, uşaq təlimçim və xanımları ram edənim. Edə bilməyəcəyin heç nə yoxdur. Səni Aya qədər və geriyə olan məsafə qədər sevirik”, - deyə ispan aktrisa təbrik edib.

Xatırladaq ki, Elza Pataki və Kris Hemsvort 10 ildən çoxdur ki, birlikdədirlər. Onların İndiya Rouz adlı qızları və Tristan, Saşa adlı əkiz oğulları var.




Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru