“Zenvo” yeni superavtomobilini təqdim edəcək

14-08-2022, 12:14           
“Zenvo” yeni superavtomobilini təqdim edəcək
Danimarkanın “Zenvo” şirkəti Kaliforniyada keçiriləcək Monterey Avtomobil Həftəsi çərçivəsində yeni modelini təqdim edəcək.

Bu ay nümayiş etdiriləcək avtomobilin təqdimat mərasimi qapalı olacaq və tədbirə yalnız brendin ən sadiq pərəstişkarları dəvət ediləcək.

“Zenvo”nun Baş Kommersiya Direktoru və İdarə Heyətinin sədri Yens Sverdrup ən azı iki “Zenvo TSR-S”in “Broadway”dəki “Exotics” tədbirlərində iştirak edəcəyini təsdiqləyib. Yeni model barədə təfərrüatlar isə açıqlanmayıb.

Xatırladaq ki, bu gün “Zenvo Automotive” ailəsinə “Zenvo ST1” kupesi, eləcə də onun əsasında hazırlanmış “Zenvo TSR”, “Zenvo TSR-S” və “Zenvo TS1 GT” avtomobilləri daxildir. Danimarka superkarlarının hər birinin qiyməti təxminən bir milyon yarım avrodur.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru