Rusiyalı şoumen həyat yoldaşı və uşaqları ilə Etna vulkanına qalxdı - FOTO

16-08-2022, 10:44           
Rusiyalı şoumen həyat yoldaşı və uşaqları ilə Etna vulkanına qalxdı - FOTO
Rusiyalı şoumen, müğənni Timur Rodriges həyat yoldaşı və uşaqları ilə birlikdə Etna vulkanına qalxıb.

Müğənni 2007-ci ildə burada sevgilisi Anna Devoçkinaya evlilik təklif edib. Cütlük evlilikdən bir neçə il sonra yenidən Siciliyaya qayıtmağa qərar verib.

“Səfərimizin ikinci günüdür. 15 ildən sonra yenidən Etna dağına qalxırıq, ancaq bu dəfə iki yetkin övladımızla birlikdə. 2800 metr yüksəklikdə hava günəşli idi, sonra dolu yağdı, leysan başladı, ildırım və şimşək çaxdı”, - deyə teleaparıcının həyat yoldaşı şəxsi bloqunda qeyd edib. O, həmçinin olduqları yüksəklikdən fotolar da paylaşıb.

Bildirilir ki, 2022-ci ilin fevralında cənub-şərq kraterində, təxminən 2900 metr yüksəklikdə növbəti vulkan püskürməsi baş verib, lakin o zaman zərərçəkən olmayıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru