Böyük Britaniya musiqi festivalında xaos yaranıb

1-07-2024, 17:14           
Böyük Britaniya musiqi festivalında xaos yaranıb
Böyük Britaniyanın Qlastonberi şəhərində keçirilən böyük musiqi festivalında yüzlərlə insanın qeyri-qanuni olaraq tədbir sahəsinə daxil olması səbəbindən xaos baş verib.

Bildirilib ki, yüzlərlə insan sadəcə 50 funt-sterlinqə satılan saxta bilərziklərlə festivala daxil olub. Onlar baryerlərin üstündən tullanaraq festival ərazisinə keçiblər və buna görə tədbirin təşkilatçıları səhnələri bağlamağa məcbur olublar, insanlar isə sıxlıq səbəbindən təşvişə düşüblər.

Qeyd edək ki, rəsmi olaraq biletlərin qiyməti 350 funt-sterlinq olub. Saxta bilet satan şəxslər onları Kasl Keri dəmir yolu vağzalında qarşılayıb, festivalda insanların əlindən sürüşüb düşən və təşkilatçılar tərəfindən müsadirə edilən qolbaqlar veriblər. Daha sonra saxta bilet sahiblərinə pilləkənlərlə hasarın başına qalxmağa kömək ediblər, bundan sonra insanlar sadəcə atlayaraq səhnəyə doğru qaçıblar.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru