Sabirabadda uçan körpü bir ildir bərpa olunmur - Siraqəddin Cabbarov şikayətçiləri qovur - VİDEO

Bu gün, 10:56           
Sabirabadda uçan körpü bir ildir bərpa olunmur - Siraqəddin Cabbarov şikayətçiləri qovur - VİDEO
Sabirabad rayonunun Sərxanbəyli kəndində təxminən bir il əvvəl uçan körpü hələ də bərpa edilməyib.

Bizimesr.com bildirir ki, körpünün uçması nəticəsində 1 nəfər həyatını itirib. Buna baxmayaraq, aradan uzun müddət keçməsinə rəğmən körpünün yenidən tikilmədiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə kənd sakinləri körpünün bərpa olunmaması səbəbindən kəndə giriş-çıxışın ciddi şəkildə çətinləşdiyini, alternativ piyada keçidinin isə qəzalı vəziyyətdə olduğunu qeyd edirlər. Onların sözlərinə görə, bu vəziyyət gündəlik hərəkəti və təhlükəsizliyi ciddi risk altında qoyur.

Görüntülərdə həmçinin iddia olunur ki, problemlə bağlı səsini çıxaran və ya aidiyyəti qurumlara müraciət edən şəxslər Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təzyiqlərlə üzləşir. Sakinlər, həmçinin, şikayət üçün rayon icra hakimiyyətinə üz tutan vətəndaşların qəbul edilmədiyini və geri qaytarıldıqlarını iddia edirlər.

Sözügedən iddialarla bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.
@bizimesr.az

Sabirabadda körpü 1 ildir düzəılmir - RİH başçısı şikayətə gedən insanları qovur

♬ orijinal səs – BizimƏSR MEDİA (Наш век) - BizimƏSR MEDİA (Наш век)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru