AZƏRBAYCANDA ƏSMN EPOPEYASI

Bu gün, 11:38           
AZƏRBAYCANDA  ƏSMN EPOPEYASI
Fəsil -1
Bu nazirli yaranaan gündən sosial müdafiə üçün ən böyük əngəl olmuşdur. Çünki əslində Dövlətin sosial ədaləət prinsipi elə bir asanlıqla çətinliyə salınan məqamdır ki-burada hər kəs hər şeydən ədalətdən başqa nə istəsə əldə edə bilir. Tarixə qayıtmayaq.. Çünki bu tarixdə oğurluqlar korrupsiyalar, mənimsəmələr və bundan sonra "ev ddustağı ""olb şəxsi villada yaşaanlar yox deyil. Odur ki onsuzda köhnə hamam -köhnə tasla fəaliyyətdədir, sadəcə köhnə hamamın yenii resstavraasiya olunmuş və daha bərbaad vəziyyəti ilə üz üzəyik.
-Nədənn əsasən ən böyük və qəddar hücumların nişangahı uzaq zamanda pensiyaya çıxanlar Vətən savaşının hər fazasının nümunələridir? Qəribə və daxilinbə böyük maxinasyalar gizlənmiş sualdır. Deyilmi?
İkdən insanlar təqaüdə çıxdığı zaman bütün məlumatlar kağız daşıyıcılar vasitısi ilə qovluqlarda saxlanır, müraciət zamanı həmən qovluqllardakı sənədlər vasitəsi ilə əməliyyatlar aparılırdı. Zaman keçir innovasiyalar irəlləyir, elektronlaşma vacibləşir. Və bu zaman yağışdan çıxan göbələklər kimi agentliklər, idarələr, filiallar peyda olur. Acınacaqlısı da odur ki təkrarlanan bu strukturların bir biri ilə əlaqəsinin olmaması bir yana-bu heç arzu olunan da görünmür.Köhnə bürokrat babanın yeni nəvələri,babalarından miras qalan "bu bizlik deyil " prinsipi ilə də innovvaasiyalaşıblar. Başıpozuqluq da burdan yaranıb. Misal üçün -Pensiya məsələləri-hər rayonun özünün (sobes) var və bundan əlavə DOST xidmətindədə var.
-Xüsusi şərtlərlə təyinnatı üzrə pensiya idarəsi həm mərkəzi həm də filiallarıla mövcud ollmasına baxmayaraq DOST mərkəslərindədə təkrar olunur.
-Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi filialları var və DOST xidmətindədə təkrar ollunur.
-Həkim komissiyasi ƏSMNin müəyyən strukturunda var və bu yenədəə DOST xidmətində təkrar olunur.
Bu qədər təkrarçıılıq içərisində gəl "qovluğunu " və ya heç qovluğa baxılmaadan son illərin məlumatı ilə doldurulmuş işini axtar.
MÜMKKÜN DEYİL. Heç kimin problemin hardan qaynandıığından anlayışı yoxdur-ƏN AZINDAN KLAVİATURA iLƏ OYNAYIIB SONDA SƏNƏ "XİDMƏTİ QİYMƏTLƏNDİR" düyməsini basdırıb başqa xidmətə başşlarından edəcəklər.. Gün ərzində bütün xidmmətləri "məhşədd ziyarəti" etdirib sənin qoltuğuna naməlum bir cavab verib yola salacaqlar.
Ortada sovet televiziyasının verilişlərinə oxşar DOST TV yə baxıb mətəl qalırsan ki,görən bunlar bu yaşında adamları niyə ucuz konfetlə aldatmağa çalışırlar? Yəni bu günə kimi həmən verilişlərdə xalqa "məlumat verən" qaltuklu mimikasız insanlar özlərinin dediklərinə inannmağı gəlir? Ya həmən verilişlərdə bir kəsin problemi canlı olaraq işıqlaandırılıbmı,çözülübmü? Belə fikir yaranır ki,bu da "qaloçka" üçün efir məkanına tullananda ayağı sınmış verilişlərdən biridir. Allaah Şəfalarınnı Versin .
Bu idarələri gəzdikkcə naməlumluq, bürokraatçılıq, mövzunu bilmədən alimlik etmək,ümumiyyətlə sənin yoxluğunu və doğulmadığını isbat etmək istəyənlərə baxıb düşünürsən ki, -Rəbbim bəlkə mən doğurdan da doğulmamışam, bu yaşa gəlməmişəm. vuruşmamışam, xidmət etməmişəm,Dövlətdən təqaüd almamışam? Bəlkə bu bir yuxudur. Yuxu deyilsə mən sənədlərdə hardayam,,yuxdursa sənədlər yenə də hardadır? Bu Nazirliyin başı papaqlı bir arxiv rəisi varmı. O arxivdə olmalı olan o qovluqları kim,hara və nə üçün naməlumlaşdırıb?
SIBƏB?
(ARDI VAR)
Абузер Абилов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru