Boş yerə xərclənən istedad

Bu gün, 11:34           
Boş yerə xərclənən istedad
Lillo Brankato 1993-cü ildə əfsanəvi "Bronks əhvalatı" filmində baş rola çəkilərkən 17 yaşı vardı. Şəkildəki epizodda olduğu kimi filmin çəkilişləri bitəndən sonra da aktyor Çezz Palminteri özünün gənc həmkarına bir neçə məsləhət verir. O, Lillonu xəbərdar edir ki, film ekrana çıxandan sonra məşhurlaşacaq, həyatı kəskin dəyişəcək, çoxlu pulu olacaq, buna görə də özünə düzgün istiqamət seçməlidir.
Amma Lillo Brankato bu məsləhətlərə qulaq asmır və narkotiklərə qurşanır. 2005-ci ildə bir yoldaşı ilə birlikdə qarət zamanı polisi öldürmək ittihamı ilə həbs olunur. Polisi yoldaşının qətl etdiyi sübut olunur, ona ömürlük cəza kəsilir. Brankato isə qarətə görə 10 il iş alır. 2013-cü ildə şərti azadlığa çıxır.
Lillonun aktyorluq karyerasını bərpa etmək cəhdləri uğursuz olur. Vaxtilə ona hamilik edən Çezz Palminteri açıq şəkildə bildirir ki, keçmiş həmkarına kömək etmək fikrində deyil. Buna görə də o, yalnız kiçik rollara çəkilir.
2018-ci ildə Lillo Brankato haqqında "Boş yerə xərclənmiş istedad" adlı sənədli film çəkilir. Filmin adı “Bronks əhvalatı” filmindən götürülüb. Orada Brankatonun oynadığı personajın atası (Robert de Niro) oğluna deyir: Həyatda ən kədərli şey – boş yerə xərclənən istedaddır.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru